Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qız uşaqları getdikcə azalır – 100 qıza 118 oğlan düşür

  • 2019.05.21 15:38
  • 5290 Baxış
Azərbaycanda qız uşaqları getdikcə azalır –  100 qıza 118 oğlan düşür
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin baş məsləhətçisi Aynur Veysəlova  Bakıda keçirilmiş "Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda praktik seminarda maraqlı statistika açıqlayıb.


Medicina.az xəbər verir ki, 2017-ci ildə Azərbaycanda qız uşaqlarının sayının azaldığı müşahidə edilib. 2018-ci ildə 100 qıza 118 oğlan düşür. Bu isə həyəcan təbili çalmağa əsaslı səbəbdir. 


Aynur Veysəlova qadınlarda ginekoloji xərçəng növlərinin yaranmasının bir səbəbini də selektiv abortların çox həyata keçirilməsində görüb.


"Niyə qadınlar xərçəng xəstəsi olur? Çünki selektiv abort qadınlarda xərçəng yaradır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur”.


BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova bildirib ki, kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, gəlin qaçırma, insan alverinin çoxalmasına səbəb olur. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti tərəfindən müxtəlif layihələr həyata keçirilir”.