Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı AÇIQLANDI

  • 2024.03.14 17:21
  • 586 Baxış
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı  AÇIQLANDI
2023-cü ildə Azərbaycanda 919 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.


Hesabata əsasən, bütövlükdə 1987-ci ildən 2023-cü il dekabr ayının sonunadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 11055 nəfər qeydiyyata götürülüb (10692-si Azərbaycan vətəndaşı, 363-ü əcnəbi). İİV-ə yoluxanların 7874-ü kişi, 3181-i qadındır.

Onlardan 3632-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ötən il ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 863 pasiyentdən 77 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2023-cü ilin 31 dekabr tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 8749 nəfər təşkil etmişdir ki, onların da 2554 nəfəri inyeksion narkotik istifadəçisidir.