Fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən Zaqatala, Şəki, Balakən rayonlarında qar yağır.
"Medicina" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi arabir Zaqatalada 25 m/s, Balakəndə 24 m/s, Naftalan, Qobustan, Şəkidə 22 m/s, Daşkəsəndə 20 m/s, Ceyrançöl, Tovuz, Gəncədə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.