Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng olan həkimin xilası üçün 70 min lazımdır

  • 2022.05.06 14:39
  • 5093 Baxış
Xərçəng olan həkimin  xilası üçün 70 min lazımdır
Cəlilabad Rayon Mərkəzi Xəsətəxanasında həkim-terapevt vəzifəsində çalışan Şəbnəm Mikayılova limfa sisteminin limfosit mənşəli bədxassəli şişi olan Hoçkin limfoması xəstəliyindən əziyyət çəkir. Həkimin müalicəsi və sağalması üçün 100 min dollar vəsait tələb olunur.


Medicina.az xəbər verir ki, bu barədə Ş.Mikayılova özü "Facebook" sosial şəbəkəsində insanlara müraciətində məlumat verib. Həkim hər kəsi ona dəstək olmağa çağırıb:



"2 ildir müalicə alsam da, heç bir nəticə əldə edilməyib. Türkiyədə 8 aylıq müalicə kursunu keçməliyəm. Sonra isə mənə sümük iliyi köçürülməlidir".


Tanınmış həkim-pediatr Aytən İsmayılzadə də sosial şəbəkədə müraciət edərək insanları həmkarının həyatını xilas etməyə çağırıb:

"Türkiyədə müalicəsi mümkündür. Diaqnozu ciddi olsa da və mərhələsi gecikmiş hesab edilsə də, müasir tibb yöntəmlərinə görə sağlamlığına qovuşmaq şansı çoxdur. Maddi və mənəvi dəstəyimizi əskik etməyək. Tez bir zamanda Şəbnəm həkimi Türkiyəyə yola salaq".

Pediatr onu da əlavə edib ki, Ş.Mikayılova iki il əvvəl əsas xəstəliyinə bağlı olaraq bazu sümüyündə baş verən destruksiya səbəbilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alıb.



Həkimə kömək üçün hesab nömrəsi: