Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda yasda 84 nəfər koronavirusa yoluxdu - RƏSMİ

  • 2020.07.03 17:30
  • 2793 Baxış
Azərbaycanda yasda 84 nəfər koronavirusa yoluxdu  - RƏSMİ

Azərbaycanda yoluxanlar arasında qadınlar daha çoxdur.

Bu barədə Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, qeyd edib ki, əsas yoluxma yas mərasimlərində olur. Elə mərasim var ki, orada 84 nəfər virusa yoluxub. R.Bayramlı bildirib ki, son həftələr ərzində daha gənc yaşlarda ölüm halları qeydə alınır: “Hətta yanaşı xəstəliyi olmayanlarda da letal sonluq baş verir. Bu da o deməkdir ki, COVID-19-un yeni klinik əlamətləri meydana çıxır. Ölkədə qadınlar arasında yoluxma göstəricisi 54% təşkil edir. Bu da yas yerlərində kütləvi toplaşma halı ilə əlaqədardır. Elə yas yeri var ki, orada 84 nəfərin nəticəsi pozitiv çıxıb”.

R.Bayramlının sözlərinə görə, yoluxma hallarının 51, 3 faizi Bakının payına düşür: “Binəqədi 12.8%-lə ilk yerdədir. Son günlər Nəsimi rayonunda da yoluxma sayında artım müşahidə edilir”