Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qadın qoz yarpağını qızdırıb belinə düzdü - Müalicəyə gecikib

  • 2019.10.03 16:58
  • 18645 Baxış
Azərbaycanda qadın qoz yarpağını qızdırıb belinə düzdü -  Müalicəyə gecikib
Azərbaycanda insanlar bel, oynaq, onurğa ağrılarında həkimə gedib, düzgün müayinə olunmazdan öncə el arasında gəzən qəribə türkəçarə metodlarını sınamağa üstünlük verir.


Bunun bariz nümunəsini daha bir pasiyent üzərində gördük.


Medicina.az xəbər verir ki, manual terapevt Tural Məhərrəmov qəbuluna bel, bud ağrıları ilə gələn xəstənin belində gördüyü mənzərədən heyrətlənib.

Belə ki, pasiyent qoz yarpaqlarını qızdırıb belə bağlayanda, ağrını götürdüyünü kimdənsə eşidərək, tətbiq edib.


Qoz yarpaqları dəriyə yapışaraq xəstənin bədənində iz qoyub. Üstəlik dəri yanıb və suluq bağlayıb.


Təbii ki, bu metod xəstənin əsas xəstəliyini müalicə etməyib. Müayinə nəticəsində onun hər iki bud çanaq oynağının artıq əməliyyatlıq olması təyin edildi və artıq əməliyyatdan başqa heç bir müalicə kömək etməyəcək.