Gərgin iş rejimi, ailədaxili münaqişələr, stress və digər səbəblərdən psixoloqlara onlarla insan müraciət edir. Müraciət edənlərin arasında isə hər yaş təbəqəsinin nümayəndələrinə rast gəlmək olar.
Bəs cəmiyyətin üzdə görünən, tanınan insanları da (siyasətçi, müğənni, yazıçı və sair) psixoloqlara müraciət edirmi?
Medicina.az xəbər verir ki, modern.az saytı bu sualla psixoloqlara müraciət edib.
Psixoloq Murad İsayev bildirib ki, onun yanına, məşhur insanlardan yanıma gələnlər var”.
Psixoloq Ramil Nəcəflinin isə cavabı belə olub:
"Əvvəllər tanınmış insanlardan müraciət edənlərin sayı xeyli çox idi. Son bir neçə ildir ki, məşhur adamlardan müraciət edən olmayıb. Konsultasiyaya gələn məşhurlardan 4 nəfəri tanınmış hacı, 2 nəfəri müğənni, 2 nəfər teleaparıcı, 4 jurnalist (toplam 6 jurnalist), 7 tanınmış həkim olub. Hansılar ki, onlara konsultasiyanı minumum 3 seans etmişəm”.
Psixoterapevt Mübariz Həsənov:
"Məşhurlardan mənə müraciət edənlərin sayı olduqca çoxdur. Nəinki məşhur adamlar, psixoloqların özlərinin də psixoloqa ehtiyacı var. Özünə inamsızlıq, ailə problemləri, biznes konsultasiyalar, qorxu, stress, komplekslər və s. kimi problemlərlə müraciət edən tanınmışların sayı daha çoxdur”.
Psixoloq Günay Nəbizadə:
"Bəli, tanınmış insanlardan mənə konsultasiya üçün müraciət edənlər var”.
Psixoloq Xəyalə Abbas:
"Mənə məşhur şəxslərdən müraciət edən olmayıb”.
Psixoloq İbrahim İbrahimov:
"Məşhurlarla televiziya proqramlarında görüşmüşük, studiya şəraitində suallar veriblər. Amma konsultasiya üçün yanıma müraciət edən olmayıb”.
Psixoloq-psixoterapevt Könül Mikayılqızı:
"Məşhurların da problemləri olur. Ona görə də müraciət edənlər olub. Məxfilikləri də hər zaman qorunur”.