Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda psixi xəstələrin sayı açıqlanıb

  • 2019.12.27 09:49
  • 2162 Baxış
 Azərbaycanda psixi xəstələrin sayı açıqlanıb
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı açıqlanıb.

Medicina.az xəbər verir ki , 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı 102 560 olub.

Bu say 2017-ci ildə 100 806, 2015-cı ildə 96 079, 2010-cu ildə 129 515, 2005-ci ildə 114 193 nəfər olub.

2018-ci ildə ölkədə 3 974 nəfərə ilk dәfә psixi xəstəlik diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə daha çox - 5 621 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 67,1-nə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say 40,5 olub.