Bu gün nevroloq, proloterapiya uzmanı Sevinc Heydərovanın Balakən Mərkəzi Xəstəxanasında seminarı olub.
BakuPost xəbər verir ki, seminarda çox sayda həkim iştirak edib. Proloterapiya həkimlər tərəfindən çox maraqla qarşılanıb. Həkimə onurğa xəstəlikləri, diz ağrıları ilə xəstələr müraciət edib.
Qeyd edək ki, Sevinc Heydərova Azərbaycanda proloterapiya ilə məşğul olan ilk həkimdir. Bu sahədə 6 illik təcrübəsi var. Minlərlə xəstələr əməliyyatsız bu metodla şəfa tapıb.
Bu metodun tətbiq olunduğu xəstəliklər:
Onurğa yırtıqları
Osteoxondroz
Spondiloz
Diz artrozları
Menisk yırtığı
Bağ zədələnmələri
Çiyin ağrıları
Topuq, pəncə ağrıları
Sinir sıxışmaları və s.