Ehtiyatda olan polis polkovnik-leytenantı Anar Vaqif oğlu Nağıyev vəfat edib.
Medicina.az modern.az-a istinadla xəbər verir ki, bu barədə onun dostları bildiriblər.
Bildirilib ki, 47 yaşlı Anar Nağıyev 23 ildən çox müddətdə Daxili İşlər Nazirliyi sistemində xidmət edib.
O, 1998-2008-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin müxtəlif hərbi hissələrində taqım və bölük komandiri, Xüsusi Təyinatlı Dəstə komandirinin müavini və digər vəzifələrdə çalışıb.