Pnevmoniya – ağciyərlərin infeksion xəstəliyidir. Adətən o 2 yaşdan aşağı uşaqları, 65 yaşdan yuxarı yaşlıları, şəkərli diabet xəstələrini, immuniteti çox aşağı olanları və alkoqolikləri tez yaxalayır.
Yoluxma səbəbi
Əsas bakteriyası Streptococcus pneumaniae-adlanan bakterial floradır. Yuxarı tənəffüs yollarının infeksion xəstəliklərindən, qripdən sonra yaranır. 50% hallarda oyadıcısı virus olur. Vuris pnevmaniyası qışda aktivləşir və bakterial pnevmoniya kimi kəskin fon daşımır.
Bəzi hallarda oyadıcı mikoplazma olur. Digər oyadıcılardan göbələk, parazitləri misal çəkmək olar. Amma bunlara nadir rastlanır.
ƏLAMƏTLƏR
-Qrip, soyuqdəymə ilə eyni oxşardır.
-Titrətmə, qızdırma, döş qəfəsində kəskin ağrı, kəskin tərləmə, yaşıl bəlğəmli öskürək, sürətlənən nəbz, sürətli tənəffüs, dırnaq və dodaqlarda göyərmə
-Bədəndə istilik
-Quru öskürək
-Əzələ-baş ağrısı
-Yorğunluq, halsızlıq
Ağırlaşmaları
Vaxtında müayinə-müalicə olunmasa, ağırlaşmalar verir
-Plevrit – plevranın iltihabı
-Ağciyərlərin şişkinliyi
-Abses – irinləmə
-Tənəffüsün kəskin pozulması
Nə etməli?
Dərhal terapevt və pulmanoloqa müraciət etməli, lazım gəldikdə rentgen olunmalı.
Xüsusən ahıl insanlar, hamilə qadınlar, körpələr vaxt itirilmədən hospitəlizə olunmalıdır.
Virus və bakterial mənşəli olması üçün qan analizi də verilməlidir.
Əgər bakterial və ya göbələk infeksiyası təsdiq olunsa, antibakterial və göbələk əleyhinə preparatlar təyin olunur.
Profilaktika:
60 yaşdan yuxarı yüksək risk altında olan insanlar peyvənd olunmalıdır
Risk qrupunda olan uşaqlar, xüsusən astmalı uşaqlar peyvənd olunmalıdır
Qripdən sonra mütləq ağciyərlər yoxlanmalıdır
Qrip hallarında əlləri 15 dəqiqədən bir sabunla yumaq
İmmunitet artırıcı, bronx təmizləyici tədbirlər görməli
Pnevmoniya yoluxa bilən xəstəlikdir. Ətrafınıza diqqətli olun.