“Bakıda yeni açılan modul tipli xəstəxana çarpayı fondunun artmasına imkan verir”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud xəstəxanaların çarpayı fondu kifayət qədərdir:
“İmmun plazma müalicəsi üçün ilk işlərə başlanılıb. Bütün müvafiq müayinələr aparıldıqdan sonra ağır xəstələrə plazma köçürülüb”.
“Nəticələri barədə yaxın günlərdə məlumat veriləcək”, - deyə sədr qeyd edib.