Bu günə qədər Azərbaycanda COVID-19-a qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlanıb.
Medicina.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib ki, hərbi qulluqçuların 88 faizinə birinci, 72 faizinə ikinci, 8 faizinə isə üçüncü doza peyvənd vurulub.
Qeyd olunub ki, şəxsi heyətin COVID-19-la bağlı peyvəndlənməsi üçün səyyar peyvəndlənmə qrupu müxtəlif bölgələrə göndərilib.