Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin sayəsində pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji platformalar əsasında hazırlandığı bütün peyvəndlərlə təmin edilib: “Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və hazırda ölkədə pandemiya şəraiti nəzarət altındadır”.