Son bir həftədir bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Qorxulu röyamıza çevrilən koronavirus demək olar ki, yaddan çıxıb. Virusun arxa plana keçməsinin hansısa fəsadları ola bilərmi?
Həkim-radioloq Aydın Əliyev Yenisabah.az-a açıqlamasında pandemiyanın artıq sonlandığını söyləyib:
“Rusiya-Ukrayna müharibəsi başlamadan öncə “Omikron” ştammı sürətlə yayılmışdı. İki həftə çox çətin günlər yaşadıq.
Lakin virus mutasiyaya uğradıqca zəifləyir, xəstəlik də yüngülləşir. Demək olar ki, artıq pandemiya sonlanır. Türkiyədə açıq və qapalı havada maska tələbi ləğv olundu. Təəssüf ki, bizdə maska məsələsi, cərimələr gəlir yerinə çevrilib. Qapalı məkanlara qəflətən daxil olub, maskası olmayanlara cərimə yazırlar. Düşünürəm ki, bizdə də maska məsələsi ləğv olunsa daha yaxşı olar”.