Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir” - Şahmar Mövsümov

  • 2021.11.04 19:00
  • 2522 Baxış
 “Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir” -  Şahmar Mövsümov
“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.

Medicina.az xəbər verir ki,bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib.