Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azərbaycanda pandemik şərait müşahidə olunmur” - AMEA-dan açıqlama

  • 2020.03.19 12:24
  • 3794 Baxış
“Azərbaycanda pandemik şərait müşahidə olunmur” -  AMEA-dan açıqlama
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova açıqlama verib.

Onun sözlərinə görə, dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir.


Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.

“Təqribi hesablamalara görə, son 2,5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalıb və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalar bu gün çox ciddi problemlərə səbəb olur”.

İ.Hüseynova koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şəraitin müşahidə olunmadığını da qeyd edib:

“Dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir. Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir”.