Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda orta ömür müddəti 78 yaşa çatacaq - Sahil Babayev

  • 2021.11.12 17:58
  • 3135 Baxış
Azərbaycanda orta ömür müddəti 78 yaşa çatacaq  - Sahil Babayev

“Azərbaycanda pandemiyaya görə orta yaşın kəskin aşağı düşməsi bir haldır. Pandemiya dövründə bizim gənclərimizin, yaşlılarımızın ölməsi bizdə orta ömür uzunluğunu kəskin aşağı saldı. Ancaq 1 ilə biz pandemiyadan əvvəlki orta ömrə qayıdacağıq. Bizim hesablarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir onu da bildirib ki, əsas qlobal problem əhalinin yaşlaşmasıdır: “Orta yaş indi 26 yaşdır. 2035-ci ildə bu, daha da artacaq. Hər bir pensiya alan şəxsə 2,5-3 işləyən şəxs lazımdır. Hələlik biz bu nisbətdən aşağıyıq. Biz pensiya sistemini daha da kövrəltməməliyik. Muzdluların və yığımların sayını artırmalıyıq”.