Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda orqanını satmaq istəyənlər bu qədər cərimə olunacaq

  • 2022.05.19 12:44
  • 1923 Baxış
Azərbaycanda orqanını satmaq istəyənlər   bu qədər cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələr artırılır.


Medicina..az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6 000 manatdan 9 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.



Qeyd edək ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin əsasən, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu sahədə əlavə olaraq daha bir cəza müəyyənləşir. Beləliklə, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcbur etməyə görə 2 ilədək müddətdə islah işləri də cəzalandırma tətbiq olunacaq.



Eyni zamanda layihəyə əsasən, həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.