Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda onkoloji xəstələrin sayı 1 ildə 36 min nəfər artıb - Onkologiya Mərkəzinin baş həkimindən AÇIQLAMA

  • 2019.09.27 15:31
  • 6296 Baxış
Azərbaycanda onkoloji xəstələrin sayı 1 ildə 36 min nəfər artıb -  Onkologiya Mərkəzinin baş həkimindən AÇIQLAMA
Xərçəng xəstəliyinin əvvəlki illərə nisbətən artması demoqrafiq vəziyyətlə bağlıdır.


Medicina.az bildirir ki, bunu  Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.


Azad Kərimli 49154 onkoloji xəstənin qeydiyyatda olduğunu bildirib:


"2013-ci ildə onkoloji xəstələr çox az idi. Həmin ildə ilk dəfə doqquz min xəstə qeydiyyata alınmışdı. 2018-ci ildə 11426 nəfər qeydiyyata götürülüb. Göründüyü kimi, artım var. Hazırda isə 49154 nəfər qeydiyyatda olan onkoloji xəstə var”.


Baş həkim 18641 nəfərin beş il və ondan yuxarı yaşayanlar olduğunu qeyd edib:


"Həmin insanlar arasında 20, 22, 25, 30 və ya daha çox yaşayanlar var”. (oxu.az)