Ağsu rayonunda ölü uşaq dünyaya gəlib.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 28-də Ağsu rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.
Rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyeva Çinarə Malik qızı təbii yolla ölü döl doğub.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.
Döl məhkəmə-tibb ekspertizasına təqdim edilib, zəruri ekspertizalar keçirilib.