Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda neçə nəfər süd vəzi xərçəngindən ölüb?

  • 2023.10.27 10:28
  • 1505 Baxış
Azərbaycanda neçə nəfər   süd vəzi xərçəngindən ölüb?
"Ötən il Azərbaycanda süd vəzi xərçənginin bədxassəli yenitörəmələrindən ölənlərin sayı 8 305 nəfər təşkil edib. Bunun 30 %-i 0-39 yaş aralığında olanlardır".


Medicina.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il süd vəzi xərçənginə görə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub: "Bundan başqa, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub".

N.Qasımov bildirib ki, hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir: "Bu da olduqca azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir".