Azərbaycanda 44 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.
Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair məlumatda qeyd edilib.
Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9806 nəfər qeydiyyata götürülüb (9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi). İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır.
Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.