Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda neçə kovid xəstəxanası aktivdir, xəstələr hara aparılır? - TƏBİB - dən açıqlama

  • 2022.08.22 15:28
  • 1803 Baxış
Azərbaycanda neçə kovid xəstəxanası aktivdir, xəstələr hara aparılır?  - TƏBİB - dən açıqlama

Son zamanlar kovid dalğasının aktivləşməsi səbəbindən ölüm statistikası da yaranıb.

Hətta ötən həftə bir gündə 7 kovid xəstəsinin öldüyü açıqlanmışdı.

Hazırkı variant ağırlaşmaya səbəb olurmu? Təcili tibbi yardım ağır kovid xəstələrini hara hospitəlizə edir.

Medicina.az-ın sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, hazırda TƏBİB tabeliyində olan 4 müəssisə koronavirus xəstələrini qəbul edir.

"Stasionar müalicə üçün Məhəmmədi Modul xəstəxanası tam, Elmi-Tədqiqat Ağciyər xəstəlikləri institutu, Kliniki Tibb Mərkəz və Masallı rayon xəstəxanası qismən fəaliyyətini davam etdirir.

Təbii ki, xəstə ağırlaşırsa, onu təcili tibbi yardım müvafiq xəstəxanaya aparır. TƏBİB xəstələrin müalicəsi ilə məşğuldur".


Bəs vəfat edən xəstələr daha çox xəstəxanada, yoxsa evdə dünyasını dəyişir sualının cavabını isə dəqiqləşdirə bilmədik. Çünki TƏBİB belə məlumatların Operativ Qərargahda olduğunu bildirdi.


Aygün Musayeva