Azərbaycanda vəziyyəti ağır olan koronavirus xəstələrinin sayı açıqlanıb.
“Hazırda 14 koronavirusa yoluxmuş xəstə reanimasiyada müalicə olunur”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
9 xəstə süni tənəffüs aparatına qoşulub. Aparata qoşulmuş xəstələrin bir qismi Mərkəzi Neftçilər xəstəxanasındadır.