"Bu günə qədər 357 yeniyetmə vaksinasiyada iştirak edib".
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb: "Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstər olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".