Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, Rusiya və MDB respublikalarında vərəmə yoluxmuş xəstələrin sayı ildən-ilə artır və bu ölkələrdə yayılmış vərəm növü ən təhlükəli növdür.
Vərəm mikrobları çox dözümlü olub, aylarla evdə və əşyalarda yaşaya bilir. Müalicəsi də uzun olub, 6 aydan bir neçə ilə kimi müddəti əhatə edir.
Medicina.az xəbər verir ki, Azərbaycanda rəsmi olaraq 9 min vərəmli xəstə qeydə alınıb. 2016-2020 – ci illər "Vərəmlə mübarizə proqramında” xüsusilə risk qrupuna daxil xəstələr dərman preparatları ilə təmin olunur.
Vərəmə yoluxma riski 18-24 yaş gənclərdə daha çoxdur.