Ötən il Azərbaycanın şəhər və rayonları üzrə qeydiyyatda olan narkotik vasitə istifadəçilərinin sayı açıqlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, 2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub.
Rayonlar üzrə statistikaya gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə yer Lənkəran, Salyan və Şirvan rayonları yer alıb. Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur.