“Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var”.
Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, illərdir Azərbaycanda dializ xəstələri üçün dövlət proqramı var:
“Bir dializ xəstəsi üçün dövlət büdcəsindən illik ortalama 10 min manat xərclənir. Həmin xəstənin 8-10 il yaşadığını düşünsək, onun müalicəsi üçün 80-100 min manat vəsait ödənilir. Transplantasiya həyata keçirilmiş xəstə həftədə bir neçə dəfə dializə getməkdən xilas olur. Həmçinin transplantasiya iqtisadi cəhətdən də səmərəlidir”.