“2020-ci ilin sonuna olan statistik rəqəmlərə əsasən, qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfərdir”.
Medicina.az xəbər verir ki, ibu barədə Respublika Narkoloji Mərkəzin Baş direktoru Orxan Cəfərov məlumat verib.
Onun sözlərinə görə, qeydiyyatda olan narkotik istifadəçilərindən 618 nəfəri qadındır:
“Yaş qruplarına görə bölgü apardıqda isə qeydiyyatda olan narkotik istifadəçilərindən 9 nəfər 15-17 yaş arasında, 2 242 nəfər 18-24 yaş arasında, 5 403 nəfər 25-29 yaş arasındadır. Təəssüf hissi ilə bildirmək istərdim ki, 65 yaşdan yuxarı şəxslərin də qeydiyyatı aparılıb və onların sayı 207 nəfər təşkil edir”.
Orxan Cəfərov qeyd edib ki, son zamanlar narkotik istifadəçilərinin sayında artım müşahidə olunmaqdadır.