Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur” - Parlamentin komitə sədri

  • 2018.09.25 13:18
  • 22550 Baxış
 “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur” -  Parlamentin komitə sədri

"Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur".


Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.


Ə.Əmiraslanov bildirib ki, bu gün tibbi-texniki imkanlar bütün xəstəlikləri müalicə etməyə imkan verir: "Bəzən insanlar arasında düzgün təbliğat getmir. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalar, avadanlıqlar baxımından geri qalırdıq, ancaq bu gün tibbi müəssisələr bütün müasir texnologiyalar ilə təmin olunub”.


Ə.Əmiraslanov vurğulayıb ki, elə xəstəliklər var ki, tibb elmi bunun qarşısında acizdir və belə xəstəliklərin sayı çox deyil: "Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır”.
 “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur” -  Parlamentin komitə sədri