"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, "Mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".