Azərbaycan Tibb Universitetinin müəllimi, tanınmış həkim-nevropatoloq İsa Alışanov dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, o kəskin infarktdan vəfat edib.
Həkim 1985-1991-ci illərdə ATU-da pediatr ixtisası üzrə təhsil almış, 1991-1992-ci illərdə universitetin I Uşaq xəstəlikləri kafedrasında internatura keçmişdi. 1992-ci ildən ATU-da işləyirdi.
Tanınmış nevropatoloq idi.
Allah rəhmət eləsin!