Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda meşədən müalicəvi bitkilərin yığılması QADAĞAN EDİLDİ

  • 2019.02.05 17:42
  • 22585 Baxış
Azərbaycanda meşədən müalicəvi bitkilərin yığılması  QADAĞAN EDİLDİ

Azərbaycanda meşələrdən bitkilərinin yığılması qadağan edilib. 


Medicina.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.


Meşədən yığılması qadağan olunan dərman bitkiləri siyahısında itburnu, çaytikanı var. İtburnu yığanlar 2 manat, çaytikanı yığanlar isə 3 manat cərimə olunacaqlar. Digər dərman bitkiləri yığanların hamısı üçün 2 manat cərimə nəzərdə tutulub.


Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.