Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda məktəblilərin 5 faizi siqaret çəkir

  • 2022.12.08 18:02
  • 2922 Baxış
Azərbaycanda məktəblilərin 5 faizi siqaret çəkir

Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb.

"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.


O bildirib ki, sorğu 52 rayon üzrə 167 məktəbdə aparılıb: "Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğuda iştirak edənlərin 0,4 faizi özünü bədbəxt hiss etdiyini deyib. Sorğu zamanı həmçinin məlum olub ki, şagirdlərin 5 faizi siqaret çəkir".

Mütəxəssis qeyd edib ki, 15 yaşa çatmış qızların 28,5, oğlanların isə 6,3 faizi hər gün bir dəfədən çox enerji içkisindən istifadə edir:

"7,7 faiz şagird bilərəkdən özünü qusdurur, 5,55 faizi pəhriz həbləri və ya qəbzliyi aradan qaldıran dərmanlardan istifadə edir".