Gəncədə intihara cəhd hadisəsi baş verib.
Medicina.az-ın APA-ya istinadla məlumatına görə, Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.
Onun intihara hansı səbəbdən cəhd etməsinin səbəbləri məlum deyil. Hazırda məktəb direktoru Gəncədə yerləşən xəstəxanların birində müalicə alır. Onun vəziyyətinin kafi olduğu bildirilir.