Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda məhbuslar peyvənd olunurmu?

  • 2021.09.30 17:48
  • 1439 Baxış
Azərbaycanda məhbuslar peyvənd olunurmu?

Azərbaycanda məhkumların 97 %-i vaksinin hər iki dozasını qəbul edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Penitensiar Xidmətin müəssisələrində hal hazırda məhkumların 97 %-i tam vaksinasiya olunub:

“Müəssisələrə yeni daxil olanların dozalardan asılı olaraq, əgər azadlıqda olanda birinci doza vurulubsa, ikinci doza, vurulmayıbsa, hər iki doza vaksinasiyası tələb olunan qaydada aparılır. Məhbusların peyvəndlənmə prosesi “Sinovac” vaksini ilə aparılır.

Xəstələnmə faktlarına tək-tək hallarda rast gəlinir. Belə hallarda onlar dərhal ixtisaslaşmış müalicə müəssisələrində stasionar müalicəyə cəlb olunurlar və protokola uyğun olaraq müayinə və müalicə ilə təmin edilirlər”.