Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda maşın, torpaq, ev qiymətinə satılan bahalı dərmanlar – SİYAHI

  • 2022.12.28 14:47
  • 3925 Baxış
Azərbaycanda maşın, torpaq, ev qiymətinə satılan bahalı dərmanlar –    SİYAHI


Azərbaycanda dərmanların qiymətinin son 5 ildə durmadan artması, bir çox xəstələrin bu səbəbdən müalicə ala bilməməsi yeni mövzu deyil.

O da bəllidir ki, Türkiyə, Rusiya və Gürcüstanda 3 manata olan dərman Azərbaycanda 9-10 manatadır. Bahalı dərmanların qiymətində isə bu nisbət daha yüksəkdir. Başqa sözlə desək, qonşu ölkələrdə 10-15 manata olan dərmanlar Azərbaycanda 40-50 manata satılır.

Tarif Şurasının qiymətlərini təyin etdiyi bəzi dərmanların siyahısında isə elə preparatlar var ki, onların 2 qutusunun qiymətinə maşın, torpaq, hətta ev almaq olar.

Bakupost.az Tarif Şurasının siyahısına daxil edilən yeni və bir sıra bahalı dərmanların qiymətlərini təqdim edir:


1.DİFİCLİR FIDAXOMICIN - 200 mq tablet - 16 970 AZN


Bu dərman bağırsaq ishalı, bağırsaq infeksiyalarına qarşı ən təsirli antibiotikDİR. Kanada istehsalıdır.


2. NOVOSEVEN EPTACOG ALFA (ACTVATED) 8 mq, inyeksiya məhlulu üçün toz - 10 935 AZN

Hemofiliya xəstələri üçün preparatdır.


3.CAKAVİ RUXOLITINIB - Tablet - 11.000 AZN


Splenomeqaliya və ya mielofibrozla bağlı xəstəliklərdə təyin edilir.



4.QONAL-F FOLLITROPIN ALFA 600 IU/ml, inyeksiya üçün məhlul - 9 705 manat

Yumurtalıqların polikistozunda, follikul yetişməzliyində ovulyasiya stimuləedici preparatdır, sonsuzluqda istifadə olunur.



5.HEMLİBRA – 8369 manat

Hemofiliya xəstələri üçün dərman preparatı




6.TESENTRİQ ATEZOLIZUMAB 60 mq/ml, iyeksiya üçün məhlul - 7534,28 AZN


7.OKREVUS OCRELIZUMAB 30 mq/ml, infuziya məhlulu üçün konsentrat - 7406 AZN


8.KADSAYLA TRASTUZUMAB 160 mq, infuziya məhlulu üçün toz - 7089 AZN


9.QAMMANORM IMMUNOGLOBULIN (HUMAN NORMAL IMMUNOGLOBULIN) - 6498 AZN


10.İNLİTA – 5705 AZN

Maraqlısı odur ki, bu dərmanlar da digər ölkələrdə daha münasib qiymətlərə satılır. Məsələn, Zitiqa Rusiya və Qazaxıstanda 800-900 manata olsa da, Azərbaycanda 5000 manata satılır.

Siyahıda liderlik edən DİFİKLİR FIDAXOMICIN-in qiyməti Avropa ölkələrində 2000-2200 avrodur. Amma göründüyü kimi bizdə qiyməti 16 min manat müəyyən olunub.

Məgər bu dərmanın Azərbaycana gətirilməsi xərci 10 min manatdır?

Aygün Musayeva
MEDİCİNA.AZ