Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 41 il belə yaşayıb, təsadüfən öyrənib, şoka düşübAzərbaycanda maraqlı USM hadisəsi

  • 2018.12.29 11:49
  • 21298 Baxış
 - 41 il belə yaşayıb, təsadüfən öyrənib, şoka düşüb Azərbaycanda maraqlı USM hadisəsi

Azərbaycanda USM müayinəsi zamanı maraqlı hadisə yaşanıb.


Uroloq-androloq Zaur Ağayevin Medicina.az-a verdiyi məlumata görə, ailəli və 2 uşaq atası olan kişi 41 il orqanlarının əks tərəfdə yerləşməsindən xəbərsiz olub. Belə ki, həkim USM müayinəsi zamanı pasiyentinin ürəyinin sağda, qaraciyərinin isə solda yerləşdiyini görüb. Bu barədə pasiyentə məlumat verdikdə isə o, təəccübünü gizlədə bilməyib. Bir müddət əsl şok yaşayan kişi 41 il boyunca ürəyinin sağ tərəfdə döyündüyünü belə hiss etmədiyini dilə gətirib.


Arzu

Medicina.az
 - 41 il belə yaşayıb, təsadüfən öyrənib, şoka düşüb Azərbaycanda maraqlı USM hadisəsi