Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda malyariyaya yoluxma varmı? - TƏBİB-dən açıqlama

  • 2022.10.03 17:49
  • 1480 Baxış
Azərbaycanda malyariyaya yoluxma varmı? -  TƏBİB-dən açıqlama
"Azərbaycanda malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb".


Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.


Onun sözlərinə görə, xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.


Y.Qarayeva bildirib ki, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır. O əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.