Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda kovidə yoluxma artdı - 50 -ə çatır

  • 2022.06.30 16:36
  • 1795 Baxış
Azərbaycanda kovidə yoluxma artdı    - 50 -ə çatır


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.