Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda kovidə yoluxanların sayı 90 nəfəri keçdi

  • 2022.07.13 18:48
  • 1650 Baxış
Azərbaycanda kovidə yoluxanların sayı   90 nəfəri keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 793 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 430 nəfərdir.

Ölkədə son sutka ərzində 1 878, hazırkı dövrədək isə 6 991 514 test aparılıb.