Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9 687 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.
Ölkədə son sutka ərzində 4481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.