Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda kovidə görə yeni cihaz gətirildi

  • 2023.01.06 20:29
  • 1839 Baxış
Azərbaycanda kovidə görə yeni cihaz gətirildi

Azərbaycanda ilk dəfə olaraq "Yeni klinika" tibb müəssisəsində "Cobas® 6800" cihazı vasitəsilə COVID-19 virusunu yüksək keyfiyyətli, tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlamaq mümkündür.



"Medicina" xəbər verir ki, bu testdən virus şübhəsi olan xəstələrdə ağır tənəffüs çətinliyinə, ağırlaşmalara və potensial ölümə səbəb ola biləcək xəstəliyin inkişaf riskini qiymətləndirmək üçün istifadə edilir.



Belə ki, burun-udlaqdan alınmış yaxma nümunələri FDA - Fövqəladə İstifadə Səlahiyyəti (EUA) altında tam avtomatlaşdırılmış "Cobas® 6800" sistemində işləmə alınaraq qısa zaman ərzində cavablandırılır.


Proses zamanı nəticələrin interpritasiyası cihaz tərəfindən avtomatik şəkildə pozitiv və ya neqativ olaraq cihazın monitoruna ötürülür. Qapalı avtomatlaşdırılmış sistem olduğu üçün həm personal tərəfindən yarana bilən əl xətası, həm də analiz zamanı mümkün olan çirklənmə və yoluxma riski aradan qalxmış olur.



Təxminən üç saat ərzində 94 nəticə və gün ərzində orta hesabla 376 nümunə işləmək tutumuna malik olan cihazın həssaslığı olduqca yüksəkdir. Məhz bu səbəbdən cihaz nümunədə mövcud olan az sayda virusu təyin etmək qabiliyyətinə malikdir.