2021-ci il təhsil ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Medicina.az xəbər verir ki, Təhsil Nazirliyi bunlardan 37-sinin müddəti tamam olduqdan sonra əyani tədrisə qayıtdığını bildirib.
Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.