Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koviddən ölən olmadı - Statistika

  • 2022.04.08 16:38
  • 1890 Baxış
Azərbaycanda koviddən ölən olmadı  - Statistika


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 233 nəfərdir.

Ölkədə son sutka ərzində 3867, hazırkı dövrədək isə 6 735 182 test aparılıb.