Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda körpələrin ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir" - ÜST rəsmisi

  • 2019.10.30 12:00
  • 2614 Baxış
Azərbaycanda körpələrin ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir" -  ÜST rəsmisi

"Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir".


 


 


Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O qeyd edib ki, bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir.


 


 


Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır. Azərbaycanın
iqtisadi baxımından orta və yüksək səviyyəli ölkələr sırasında olduğunu
diqqətə çatdıran Hande Harmancı bildirib ki, inkişaf edən ölkələrdə
körpə ölümləri hər min diri doğulan üçün 9-10 əmsalındadır, amma
Azərbaycanda bu göstərici 19-dur:


 


"Ana ölümlərində də rəqəmlər iqtisadi
baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır".


 


 


ÜST
rəsmisi əlavə edib ki, əgər problemlərin səbəbləri bilinsə, onun qarşısı
vaxtında alına bilər:


 


"Bir ana doğuş zamanı qarşısı alına bilən
qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən
Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti
yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".