Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda körpə yuyucu maddə içdi

  • 2022.11.25 14:21
  • 2990 Baxış
Azərbaycanda körpə yuyucu maddə içdi

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.


"Medicina" xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Aygün