Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirus ən az bu bölgədə yayılıb

  • 2022.01.12 09:49
  • 2255 Baxış
Azərbaycanda koronavirus  ən az bu bölgədə yayılıb
Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.

Bu barədə Medicina.az -a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.