Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusun yeni ştamı varmı? - TƏBİB açıqladı

  • 2021.01.07 17:25
  • 1954 Baxış
Azərbaycanda koronavirusun yeni ştamı varmı? -  TƏBİB açıqladı

“Bu gün üçün heç kim dəqiq məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştamı var. Çünki biz ancaq PCR üsulu ilə virusun mövcudluğunu təsdiq edə bilirik”.

Medicina.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi qeyd edib ki, PCR vasitəsilə virusun olub-olması məlum olur:

“Virusun növünü, mutasiyasını və ya yeni ştamlarının olduğunu araşdırmırıq. Məlum olan ştam haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir. Lakin daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi dəqiq məlumatlar yoxdur”.